1991-ci ildən başlayaraq Azərbaycanda qida istehsalı və kənd təsərrüfatı
sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkəti “Azersun Holding” 2011-ci ildə növbəti uğurlu layihəsini həyata keçirərək pərakəndə sektoruna böyük bir
töhvə verdi və Bazarstore Mağazalar Şəbəkəsini yaratdı. Uzun illərdir ki, Bazarstore
Azərbaycanda pərakəndə sahəsinin öndəri və söz sahibi missiyasını davam
etdirir. Ölkənin ən geniş coğrafiyasında xidmət göstərən Bazarstore Bakı mağazaları
ilə yanaşı Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran, Şəmkir, Qəbələ, Bərdə,
İmişli, Şəki, Zaqatala, Sabirabad, Masallı, Tovuz, Cəlilabad, İsmayıllı, Qazax, Biləsuvar rayonlarında da fəaliyyət göstərir.
Fəaliyyətə 1995-ci ildə satış şirkəti kimi başlamışıq. Hal hazırda Satış və Distribütor Şirkəti olaraq dünyanın fərqli nöqtəsindəki tərəfdaşlarımızla istifiadəçilərimizin arzuları üçün çalışırıq.
Məqsədimiz - sağlamlığa və əqlin inkişafına faydalı ola biləcək məhsullarla insanların gündəlik ehtiyaclarını qarşılamaqdır.
Öhdəliyimiz - daima istifadəçini başa düşərək, ona üstün xidmət göstərmək, yenilik etmək və faydalı olmaq tərəfdən xidmətimizi inkişaf etdirməkdir.
Missiyamız: Əlaqədə olduğumuz bütün insanlara doğru,düzgün, faydalı xidmət göstərməkdir.