“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (TƏBİB) tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirən qurumdur. Ölkədə tibbi xidmətlərin keyfiyyətini daha da yaxşılaşdırmaq və müasir tələblərə uyğunlaşdırmaq, habelə bu sahənin mövcud maliyyələşmə mexanizmlərini yeni iqtisadi əsaslarla tətbiq etmək yolu ilə əhaliyə göstərilən tibbi xidmətlərin səviyyəsinin artırılmasına nail olmaq, tibbi yardımın keyfiyyətinə, pasiyentlərin hüquqlarının qorunmasına nəzarət mexanizmlərini təkmilləşdirmək və əhalinin sağlamlığının etibarlı qorunmasını təmin etmək məqsədilə TƏBİB yaradılmışdır. TƏBİB-in fəaliyyətinin əsas məqsədi tabeliyində olan tibb müəssisələrində əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkili təmin etməkdən və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdən ibarətdir. Habelə, əhalinin sağlamlığının qorunması sahəsində əhali üçün əlverişli şərtlər yaratmaq və tibb müəssisələrinin fəaliyyətini icbari tibbi sığorta sisteminin tələblərinə uyğun formalaşdırmaq, tibbi xidmətlərin keyfiyyətini müasir tələblərə uyğunlaşdırmaq TƏBİB-in fəaliyyət istiqamətlərinə daxildir.
| Website | https://tabib.gov.az/ |
| Employees | 413 (241 on RocketReach) |
| Founded | 2018 |
| Industry | Hospitals and Health Care |
| Keywords | Healthcare Management, Quality Healthcare, Public Health, Medical Services, Healthcare Quality, Patient Care, Health Administration, Healthcare Delivery, Hospital Administration, Medical Oversight, Health Monitoring, Health Improvement, Health Policy, Healthcare Reform, Medical Governance, Disease Prevention, Health Data |
| Competitors | World Health Organization, International Committee of the Red Cross - ICRC, Azerbaijan Medical University, ASAN service, ADA University, Heydar Aliyev Center, medico.az, LIFE.az | Life Azerbaijan, ALTAY ENGINEERING CONSTRUCTION COMPANY, Abu Dhabi Falcon Hospital +2 more (view full list) |
Looking for a particular TƏBİB employee's phone or email?
Zara Ibrahimzade is the Director of Communications And Public Relations of TƏBİB.
241 people are employed at TƏBİB.