Azərbaycanda “Metaflix” platforması fəaliyyətə başlayıb. Azərbaycanda film və serial sahəsində fəaliyyət göstərən “Metaflix” adlı müasir standartlara uyğun yeni internet platforması yaradılır. Bir neçə ildir ki, üzərində işlənilən bu layihə yerli və xarici istehsalın məhsulu olan filmləri nümayiş etdirməklə yanaşı, həm də platformanın təşkilatçılığı ilə istehsal olunacaq audiovizual məhsullar təqdim edəcək. Layihənin məqsədi, ölkənin internet məkanında müasir kino və serial istiqamətində yerli istehsalçıları stimullaşdırmaq, bu çərçivədə yaradıcı qüvvələri fəaliyyətə cəlb etmək, gənclərin bu sahəyə olan marağını artırmaqdır. Bir neçə kateqoriyadan ibarət olacaq platformada: - Yerli audiovizual materiallar; - Xarici audiovizual materiallar (dublyaj və altyazı ilə) ; - Azyaşlılar üçün nəzərdə tutulmuş audiovizual materiallar; - Müxtəlif profilli xüsusi layihələr; - “CineLab” layihəsi çərçivəsində həyata keçirilən eksperimental yaradıcılıq işləri yer alacaq; Platforma istifadəyə verilərkən eksklüziv olaraq məhz “Metaflix” üçün çəkilmiş və heç bir yerdə bu zamana qədər yayınlanmayan bir neçə film – “İstintaq”, “Sən olsaydın”, “Zəfər günü” , “Gözlənilməz qonaq”, “Feminist” izləyicilərə təqdim olunacaq. Eyni zamanda ölkə kinoteatrlarında nümayiş olunan filmlərin internet məkanında ilk olaraq məhz bu tətbiqdə geniş izəyici kütləsinə təqdim olunması nəzərdə tutulur. Qeyd edək ki, “Metaflix” internet mekanında həm sayt kimi (metaflix.az/ metaflix.ru) həm də tətbiq kimi ( Android və İos sistemində ) fəaliyyət göstərəcək. Platformanın fəaliyyəti dövründə gənclərin maariflənməsi və milli, vətənpərvərlik ruhunun inkişafı məqsədilə müxtəlif dövlət qurumları, idarə və müəssisələr ilə birgə layihələr nəzərdə tutulur. Növbəti mərhələlərdə mədəniyyətimizi ölkə hüdudlarından kənarda tanıtdırmaq və Azərbaycan həqiqətlərini bədii formada dünyaya çatdırmaq üçün xarici media orqanları ilə də işbirliyi nəzərdə tutulur.
| Website | https://metaflix.az/ |
| Employees | 5 (4 on RocketReach) |
| Founded | 2022 |
| Phone | +994 55 620 71 11 |
| Industry | Movies, Videos and Sound |
| Keywords | Video Streaming Platform, Online Movies, Tv Shows Online, Movie Streaming, Series Streaming, Digital Video, Online Entertainment, Online Video, Subscription Video, Media Streaming, On Demand Movies, Digital Content, Films Online, Video On Demand, Watch Movies Online, Watch Tv Online, Online Media, Internet Tv, Digital Cinema |
| Competitors | Apple, YouTube, Netflix, Hulu, Peacock, iQIYI.com, Vudu - Fandango, Paramount+, aquarius, Disney Plus +42 more (view full list) |
Looking for a particular Metaflix employee's phone or email?
Yashar Ahmedov is the Chief Executive Officer-METAFLİX of Metaflix.
4 people are employed at Metaflix.